"Mançester Siti"nin oyununda maraqlı anlar: Kayl Uolker qapıçı oldu - VİDEO

07.11.2019 14:39

Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

"Atalanta" evdə "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə etməklə ÇL-də ilk xalını qazanıb.

Qarşılaşmada maraqlı an yaşanıb. "Şəhərlilər"in qapıçısı Ederson Moraes zədələndiyi üçün fasilədə əvəzlənib. Meydana daxil olan Klaudio Bravo isə 81-ci dəqiqədə qırmızı vərəqə almaqla oyunu tərk edib. Çətin durumda qalan komandanın baş məşqçisi Pep Qvardiola Riyad Mahrezin əvəzinə müdafiəçi Kayl Uolkeri meydana buraxıb. Uolker qarşılaşmanın qalan dəqiqələrində qapını qoruyub. O, cərimə zərbəsindən endirilən zərbəni zərərsizləşdirməyi bacarıb.

"Atalanta" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 1:1

Qollar: Mario Paşaliç, 49 - Rahim Sterlinq, 7

Qeyri-dəqiq penalti: Qabriel Jezus, 43 ("Mançester Siti")

Qırmızı vərəqə: Klaudio Bravo, 81 ("Mançester Siti")


© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR