Havalar artıq soyumağa başladı: Kombi satışı artdı - VİDEO

20.10.2019 21:18

Havaların soyuması kombi bazarına da təsir edib. Əvvəlki aylarla müqayisədə kombilərin alınmasına təlabat artıb.

Hazırda satışda olan kombilər əsasən Türkiyə, İtaliya, Ukrayna və Çində istehsaldır. Qiymətləri isə istehsal edildiyi ölkəyə, firmasına və funksiyalarına görə dəyişir. Satıcıların sözlərinə görə, ən bahalı və keyfiyyətli kombilər İtalya istehsalıdır.

Daha böyük mənzillər üçün nəzərdə tutulan kombilər 900-1500 manata təklif olunur. Satıcıların sözlərinə görə, kombi radiatorlarının qiymətləri də əsasən istehsalçı ölkəyə görə dəyişir.

Kombilər 2 və 3 illik zəmanətlə təklif olunur. Zəmanət dövründə hər hansı bir detalı sıradan çıxarsa bunu servis xidməti özü dəyişir. Mənzilin kombi sistemi ilə təmin edilməsi keyfiyyətindən və mənzillərin sahəsindən aslı olaraq ortalama 1600-2500 manata başa gəlir. Satıcılar qarşıdakı günlərdə qiymətlərin artacağını bildirirlər.

 

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR