24 saat fəaliyət göstərən bu köşkü lallar işlədir - VİDEO

20.10.2019 19:50

Buda lal köşk.Adıda lal içərisdəki satıcılarıda...

Söhbət Paytaxtın Yasamal rayonunda yerləşən 24 saat fəaliyət göstərən köşkdən gedir.

Mağaza sahiblərinin sözlərinə görə buranı açmaqda məqsədləri insanların fiziki məhdudiyyətlərinin onlarıniş qabiliyyətlərinə mane olmadığını hər kəsə göstərməkdir.Bəhram Hüseynov bir neçə ildir ki, bu köşkdə satıcı kimi işləyir.Onunla dostunun köməkliyi ilə ünsiyyət qururuq.

Gələn alıcılarınçoxu buradakı satıcıların lal olduğunu bilməsələrdə amma onlarla anlaşa bilirlər..Zaman keçdikcə hətta lal hərəkətlərini öyrənib onlarla ünsiyyətə girənlərin olduğunu bildirirlər.

Alıcılarbelə köşkün olmasının çox yaxşı bir addım olduğunu bildirirlər.

Bəhramın sözlərinə görə onun kimi dostları çoxdur.Onlar danışa bilməsələrdə müxtəlif peşa sahibləridirlər. Sürücü dərzi maşın ustası aşpaz belə işləyənləri var.Hansı peşə olmasından asılı olmayaraq onlar özlərini məhdudiyyətlihesab etmirlər. Sadəcə bacarıq və qabiliyyətləri ilə hər şeyi edə bildiklərini deyirlər.

 

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR