1 gecə kirayədə qaldığı evin sahibini hədələyib - bütün nağd pulu və qızıl-zinət əşyalarını aparıb - VİDEO

20.10.2019 18:54

Kirayədə qalan şəxs ev sahibinə hədə-qorxu gələrək mənzildə olan bütün nağd pulu və qızıl-zinət əşyalarını aparıb.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.Ev sahibi Afət Salahova deyir ki,Nəzakət Məhərrəmova adlı şəxs onlarda kirayəyə qalmaq üçün müraciət edib. 1 gecə qalan şəxs səhər hamı işə gedəndən sonra Afət Salahovaya hədə-qorxu gəlib.

Məsələ ilə bağlı artıq Sabunçu rayon polis idarəsinə məlumat verilib.Ailənin tək istəyi həmin şəxsin məsuliyyətə cəlb edilməsidir.

Həmin qadınla telefon əlaqəsisaxlamaq istəsək də bütün cəhdlərimiz uğursuz oldu.

Məsələ ilə bağlı Polis idarəsindən bildirildi ki, faktla bağlı araşdırma aparılır.Həmin qadının tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində işlər gedir.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR