Tovuzda 56 yaşlı kişini maşın vurub öldürdü - VİDEO

20.10.2019 17:49

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Səmədov Cəfərqulu Məmmədəli oğlu yolu qarşı tərəfə keçən zaman "VAZ" markalı avtomobil onu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O,xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR