DİN Əli Kərimlinin fikirlərinə cavab verdi - VİDEO

20.10.2019 19:34

AXCP sədri Əli Kərimli ötən gün keçirilən qanunsuz aksiyadan sonra yenə yalan danışıb. Onun saxlanıldıqdan sonra səhəti ilə bağlı aparıldığı hospitalda güya lazımi tibbi yardım edilmədiyi ilə bağlı dedikləri əsassızdır. Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyi ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib. Nazirliyin Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

Qeyd edək ki, hospitalın əməkdaşları Əli Kərimlini evə buraxarkən ona müayinə protokollarını da təqdim ediblər.İsbi Babaxanov Əli Kərimilinin hospitalda xərəklə təmin edilməməsi məsələsinə də aydınlıq gətirib.

Qeyd edək ki Daxili İşlər NazirliyininHospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib.

© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR