Qəfil yola çıxan inək qəzaya səbəb oldu - VİDEO

16.10.2019 19:24

Yevlaxda yola çıxan sahibsiz heyvan ağır qəzaya səbəb olub.

XəzərXəbər xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində baş verib.

Qəfil yola çıxan iribuynuzlu heyvanı əvvəlcə 1 minik maşını vurub.

Həmin avtomobilin arxası ilə hərəkətdə olan başqa bir maşın isə həm yaralı heyvana, ardından isə qəzaya düşən minik maşınına çırpılıb.

Zərbənin gücündən avtomobil əzilərək yararsız hala düşüb.

Həmin maşında olan sərnişin 57 yaşlı Samux sakini Təranə Ələkbərova isə müxtəlif dərəcəli bədən xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR