Hulusi Kılıç zirvə toplantısını "XəzərXəbər"ə şərh etdi - VİDEO

16.10.2019 19:17

Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının inkişafında prezident İlham Əliyevin xüsusi rolu var. Türkiyənin Azərbaycandakı keçmiş səfiri, diplomat Hulusi Kılıç Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə toplantısının nəticələrini XəzərXəbər-ə şərh edərkən belə deyib. O bildirib ki əməkdaşlığın genişlənməsində Azərbaycan Türkiyə əlaqələri model ola bilər.

''Bu yaxınlarda 10 illiyi qeyd edilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası yeni bir inteqrasiya mərhələsinə keçir və növbəti 10 illikdə türkdilli ölkələrin əməkdaşlığı daha da genişlənəcək,üzv dövlətlərin sayı artacaq''.Bunu xəzər xəbərə açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, diplomat Hulusi Kılıç bildirib.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə toplantısının nəticələrini şərh edən keçmiş səfir qeyd edib ki, Özbəkistanin Türk Şurasına qoşulması, Macarıstanda Türk Şurasının Avropa nümayəndəliyinin açılması, Özbəkistanda Türk Şurasina üzv dövlətlərin iş adamlarının Forumunun keçirilməsi türk dünyasi üçün önəmli bir addımdır.Diplomat əlavə edib ki, bu illər ərzində türkdilli dövlətlər arasında əlaqələrin yüksək səviyyədə olması üçün müxtəlif yardımçı qurumlar yaradılıb

Hulusi Kılıç qeyd edib ki, 7-ci zirvə toplantısı nəticəsinə azərbaycan və türkiyə diasporlarının birləşdirilməsi məsələsi müzakirə edildi, ticarətin sadələşdirilməsi üçün görmük əməliyyatlarının daha da təkmilləşdirilməsi qərara alındı.''Bütün bunlar gələcək üçün mühüm ADDIMLARDIR.

Hulusi Kılıç vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər digər dövlətlər üçün bir nümunədir. Keçmiş səfir bu mənada prezident İlham Əliyevin təşəbbüslərini yüksək qiymətləndirib.

Hulusi Kılıç Ermənistanın işğal etdiyi topaqlarda islam abidələrini, məscidlərini dağıtması haqqında danışaraq əlavə edib ki, bütün türk dövlətləri Ermənistanla əlaqələri kəsməlidirlər. ''Biz bu faktları bütün dünyaya bəyan etməliyik. Dünyaya səs salmalıyıq ki, onlar həqiqəti görsünlər''-deyə keçmiş səfir qeyd edib.

 

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR