Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək - VİDEO

16.10.2019 20:10

Gələn il yanvarın 1-dən etibarən evlər də icbari qaydada sığorta etdiriləcək. Evini sığortalatdırmayanlar isə cərimələnəcək. Hazırda sistemin elektronlaşdrılması üzərində iş gedir və ilin sonuna kimi proses yekunlaşacaq. Yoxlamalar da elektron qaydada aparılacaq.

Evini sığortalatdırmayanlar cərimələnəcək.

2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanmasına nəzarət gücləndiriləcək. Evlərin icbari qaydada sığortalanması qanunvericilikdə də var. Məcburi şəkildə tətbiq edilməməsi isə bu prosesin elektronlaşmaması ilə bağlı idi. Bu ilin sonunda elektronlaşma prosesi başa çatacaq və yoxlamalar bu üsulla aparılacaq.

İcbari sığorta bürosunun icraçı direktoru Rəşad Əhmədovun sözlərinə görə evləri elektron qaydada da sığortalamaq mümkün olacaq. Bunun üçün ünvanı yazmağa da ehtiyac yoxdur.

Evini sığortalatdırmayan vətəndaşlar isə cərimə ediləcək.

Evlərin icbari sığortasını 12 sığorta şirkəti həyata keçirir. Qiymətlərə gəlincə isə Bakıda və Abşeronda 50 manat müqabilində 25 min manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20 000 manatlıq,digər yaşayış məntəqələrində isə 30 manat müqabilində 15 000 manatlıq paket əldə etmək mümkün olacaq.

 

© xezerxeber.az

FOTOQALERIYA






495 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR