Ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi - VİDEO

15.10.2019 19:38

Paytaxtın Nizami rayonunda maraqlı hadisə baş verib. 328 nömrəli orta məktəbin direktoru Asif Nəbiyev 23-cü Polis Bölməsinə müraciət edib.

Bu barədə Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, direktor oktyabrın 14-də, saat 12:00-da uşağa qarşı zorakılığın şahidi olduğunu söyləyib. O, üçüncü sinif şagirdi R.Hümbətlinin atası Qorxmaz Hümbətli tərəfindən döyüldüyünü bildirib.

Polis araşdırma zamanı atanın dərslərindən geri qalan və oxumaq istəməyən uşağa qəzəblənərək, şillə vurduğunu müəyyən edib. Uşağın bədənində başqa hər hansı ciddi xəsarət tapılmayıb.

Qeyd edək ki, hadisənin iştirakçılarının yaşadığı yer Xətai rayonu ərazisi olduğundan materiallar oradakı polis idarəsinə təhvil verilib.

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR