Xaçmaz sakini Bakıda aldadılıb - VİDEO

15.10.2019 19:04

Xaçmaz sakini Bakıda aldadılıb. Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən bir şəxs ondan işə düzəltmək adı ilə pul alıb. Rayon sakini indi onu aldadan adamla əlaqə qura bilmir.

Tanımadığı adama işə düzəlmə adı ilə pul verib. İndi nə işə düzəlir, nə də pulunu geri ala bilir.

Hadisə Xaçmaz rayon sakini Hikmət Qurbanovun başına gəlib. O, deyir ki, Bakıda təsədüfən tanış olduğu Eldəniz Əliyev adlı şəxs onaişə düzəltmək adı ilə təklif edib. Özünü bir qurumunəməkdaşı kimi təqdim edən Eldəniz ondan Bunun müqabilində pul istəyib.

Aralarında belə razılaşıblar ki, qalan 300 manatı isə işə düzələndən sonra alacaq. Avqus ayında pulu verən Hikmət sentyabrın 7 də işə getməli imiş. Eldəniz Əliyev Hikməti inandırmaq üçün özünün şəxsiyyət vəsiqəsinin surətini dəverib.

Hikmət Qurbanov aldadığını biləndən sonra aradan ay yarım keçməsinə baxmayaraq pulunu geri ala bilmir. Bir neçə dəfə həmin şəxsdən ''narahat olma pulunu qaytaracam'' mesajları da alıb. Lakin indi onu aldadan adamla əlaqə qura bilmir. Hikmət Qurbanov başına gələn hadisə ilə bağlı polisə məlumat verib.

 

© xezerxeber.az


244 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR