Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Vasim Məmmədəliyevlə vida mərasimi keçirildi - VİDEO

14.10.2019 19:46

Azərbaycanda şərqşünaslıq elminə böyük bir itki üz verib. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib. Vasim Məmmədəliyev ilə vida mərasimi Bakı Dövlət Universitetində keçirilib. Mərhum ikinci fəxri xiyabanda dəfn olunub. Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Qurani Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edən akademik Vasim Məmmədəliyev vəfat etdi.

Onunla vida mərasimi çalışdığı Bakı Dövlət Universitetində keçirilib. Mərasimdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəz Qarayev, mərhumun ailə üzvləri, yaxınları, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib, elmə, insanlara xidmət edib. Bununla yanaşı, o, rəhbərlik etdiyi kollektivdə müəllimlərin biliklərinin artırılması üçün də əlindən gələni edib. Vida mərasimində çıxış edən digər şəxslər də Vasim Məmmədəliyevlə bağlı xatirələrindən, onun Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar.

Vida mərasimdən sonra Vasim Məmmədəliyevin nəşi ikinci fəxri xiyabanda dəfn olunub.

Vasim Məmmədəliyev 154 elmi əsərin, 21 monoqrafiyanın, dərsliyin, tərcümənin, o cümlədən 132 elmi məqalənin müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub. Vasim Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. 2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif edilən akademik Bakı Dövlət UniversitetininƏrəb Filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

 

© xezerxeber.az


411 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR