Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib - VİDEO

14.10.2019 19:12

Bakıda Türk Dilli Dövlətlərin Əməkdaşlıq şurası VII zirvə sammiti çərçivəsində türk şurası ölkələrinin xarici işlər nazirlərinin iclası baş tutub. Azərbaycanın sədrliyi ilə keçirilən iclasda Özbəkistan ilk dəfə tam hüquqlu üzv kimi iştirak edib. Tərəflər iqtisadi , mədəni əlaqələri müzakirə edib. Görüş çərçivəsində Qazaxıstan və azərbaycanlı nazirlərin imzaladığı protokola əsasən, iki ölkə arasında vizasız səfər müddəti uzadılıb.

Türk Dilli Dövlətlərin Əməkdaşlıq şurasının 7-ci zirvəsi toplantısı sabah Bakıda baş tutacaq. Bu sammit çərçivəsində isə Türk Şurası ölkələrinin xarici işlər nazirləri bu gün Bakıda bir araya gəlib. Görüşdə Şuraya sədirlik Azərbaycana keçib və ilk dəfə olaraq Özbəkistan tam hüquqlu üzv kimi iştirak edib.

Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin 10 illiyi münasibəti ilə keçirilən görüşdə tərəflər mədəni, iqtisadi sahədə əməkdaşlığı müzakirə edib. Görüşdən sonra mətbuat üçün açıqlama ilə çıxış edən xarici işlər nazirinin müavini Ramiz Həsənov təşkilatın fəaliyyətinin genişləndirilməsinin hədəfləndiyini bildirib və Şuranın Macarıstanda ötən ay açılan nümayəndəliyi haqqında bəhs edib.

Nazirlərin görüşünün Sabah Bakıda baş tutacaq Şura ölkələrinin dövlət və hökümət rəhbərlərinin iştirakı ilə keçiriləcək sammit üçün hazırlıq xaraketri daşıdığı qeyd edilib və bildirilib ki, Türkiyənin "Sülh çeşməsi" əməliyyatı burada müzakirə edilməsə də sabahkı iclasda müzakirə oluna bilər. Eyni zamanda xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəli, Qazaxıtsanlı və Macarıstanlı həmkarı ilə təkbətək görüşüb və iki tərəfli əməkdaşlıq müzakirə edilib.

Eyni zamanda sammit çərçivəsində Elmar Məmmədyarovla Qazxıstanın daxili işlər naziri Yerlan Turqunbayev arasında imzalanan pratakollaQazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində qalma müddəti 30 gündən 90 günə qədər artırılıb, həmçinin həmin vətəndaşlar 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edilib.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR