Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Əli Əhmədov: İlham Əliyev son çıxışı ilə Ermənistanın... - VİDEO

14.10.2019 19:05

Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və Nida İşarəsi" bəyanatı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına dair mesajdır. Bu fikir Yeni Azərbaycan Partiyasının qərargahında "Qarabağ Azərbaycandır!" mövzusunda keçirilən konfransda səsləndirilib.Qeyd edilib ki, bu bəyanat Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirib.

Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov "Qarabağ Azərbaycandır!" mövzusunda keçirilən konfrans deyib. Partiyanın qərargahında təşkil edilən konfransda dövlət və hökumət rəsmiləri ilə yanaşı, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyev "Valday" Beynəlxalq Diskussiya Klubunda "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatını səsləndirməklə Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərdə yeni bir yanaşmanı ortaya qoyub.

Əli Əhmədov MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə Prezident İlham Əliyevin etdiyi çıxışa da toxunub. İcra katibi qeyd edib ki, dövlət başçısı çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa edib.

Digər çıxış edənlər də bildiriblər ki, Prezidentin "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına dair mesajdır.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR