Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda türkdilli dövlətlərin biznes forumu keçirilib - VİDEO

14.10.2019 18:27

Bu günədək Azərbaycan tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb.

Bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində keçirilən biznes forumda deyib.

Nazir müavini qeyd edib ki, TDƏŞ-ə üzv ölkələr tərəfindən isə ölkəmizin iqtisadiyyatına 12,3 milyard dollar investisiya qoyulub. TDƏŞ-ə üzv ölkələrin 3200 şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. TDƏŞ-ə üzv ölkələrdə Azərbaycanın xarici ticarət payı 12 faiz təşkil edir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forum çərçivəsində 14 memorandum, protokol və müqavilə imzalanıb.

Tədbir zamanı Azərbaycanın "Azərmaş” şirkəti ilə Özbəkistanın "Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandumu imzalanıb.

Eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Türkiyəyə Odalar və Borsalar Birliyi arasında, ASK ilə Macarıstan Ticarət və Sənaye Palatası arasında, ASK ilə Qazaxıstanın Sahibkarlar Milli Palatası arasında, həmçinin ASK ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumlar imzalanacaq.

Bundan başqa, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Macarıstanın İxracın Təşviqi Agentliyi arasında da anlaşma memorandumu imzalanıb.

Əməkdaşlığa dair kredit müqaviləsi isə "Ziraat Bank Azərbaycan” ilə "Türkiye İhracat Bankası” arasında imzalanıb.

Bununla yanaşı, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "Ziraat Bank Azərbaycan” və "Türkiye İhraca Bankası” ilə əməkdaşlığa dair niyyət protokolu, KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi arasında isə anlaşma memorandumu imzalanıb.

Həmçinin KOBİA Türk Katılım Bankları Birliyi və Özbəkistanın Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi ilə anlaşma memorandumları imzalayıb.

Bundan başqa, Özbəkistan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlüyünə dair protokol imzalanıb.

Sonda Macarıstan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasında müşahidəçi statusuna dair protokol imzalanıb.


© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR