Belarusda 21 yaşlı sürücü 3 müəllimi vurdu, özü də öldü – VİDEO

14.10.2019 10:09

Belarusun Qomel şəhərində BMW 3 qadını vuraraq işıq dirəyinə çırpılıb.

"Life” xəbər verir ki, sükan arxasında 21 yaşlı gənc olub.

O, idarəetməni itirərək maşınla səkiyə çıxıb, 3 qadını vurub və sonra işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü və qadınlardan biri hadisə yerindəcə dünyasını dəyişib. Daha iki zərərcəkən xəstəxanaya yerləşdirlib. Qadınların yerli məktəbdə müəllim işlədiyi məlum olub.

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR