Dünya çempionu olan şahmatçı Aydın Süleymanlı təəssüratını "Xəzər Xəbər"lə bölüşüb - VİDEO

13.10.2019 18:52

Azərbaycanın şahmat üzrə qazandığı uğurlara daha biri əlavə edilib. Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu adını qazanıb.

Xezerxeber.az-ın məlumatına görə, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən Aydın Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub və Azərbaycan himnini səsləndirib. Çempionatda 2-ci və 3-cü yerləri isə hindistanlı idmançılar tutub.

Uğurunun sevincini yaşayan Aydın Süleymanlı təəssüratını "Xəzər Xəbər"lə bölüşüb. 

Beynəlxalq qrossmeyster Fərid Abbasovun tələbəsi olan Aydını və onun ailəsinin sevincinə sevinc qatan hal isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təbrikləri olub.

Qeyd edək ki, 6 yaşından şahmatla məşğul olan Aydın Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa, ikiqat Azərbaycan çempionu və dünya üçüncüsü olub. O, 30- dan çox kubok, 50-dən artıq medalın sahibidir. Aydının əsas arzusu beynəlxalq qrossmeyster adını qazanmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






329 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR