Əhalinin siyahıyaalınması prosesindən kənarda qalanlar var - VİDEO

11.10.2019 19:10

Oktyabrın 1- dən 8-nə qədər ölkə əhalisinin 80 faizdən çox hissəsi siyahıya alınıb. Proses dünən başa çatsa da, bəzi insanlar hələ də siyahıyaalınmada iştirak etmədiyini deyir.

Xezerxeber.az-ın məlumatına görə, siyahıya alınmayanların ya bu barədə məlumatı yoxdur, ya da evdə olmadıqlarına görə qeydiyyata götürülmədiyini deyirlər.

Dövlət Statistika Komitəsinin siyahıyalınma qrupunun rəhbəri Azad Abbasəliyev isə bildirir ki, ötən siyahıyaalınmalardan fərqli olaraq bu dəfə əhali arasında böyük fəallıq müşahidə olunub.

Son məlumatlara görə, ölkə əhalisinin 80 faizdən çoxu siyahıya alınıb. Lakin vətəndaşlar arasında sayıcılara şərait yaratmayanlar olduğundan sıyahıya alınmayanlar da olub.

Azad Abbasəliyev onu da bildirir ki, sayıcılar evdə olmayanlar üçün "Evdə çətin tapılan şəxslərə məktub" adlı sənəd tərtib edib və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidib.

Məktubun yerləşdirilməsində məqsəd ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsidir. Bununla belə proses hələ qarşıdakı günlərdə də davam edəcək.

Qeyd edək ki, proses başa çatdıqdan sonra materiallar ilin sonunadək siyahıyaalma qrupuna təhvil veriləcək, 2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






781 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR