Masallı və Göygöldə ağır yol qəzaları: 2 nəfər ölüb - VİDEO

11.10.2019 18:29

Masallıda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Masallı rayonunun Təzə Alvadı kəndində baş verib.

29 yaşlı Elmar Səfərovun idarə etdiyi avtomobil Astara istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Ağır yaralanan sürücü huşsuz vəziyyətdə Masallı rayon xəstəxanasına çatdırılıb. Elmar Səfərov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Göygöldə isə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Hadisə Gəncə-Daşkəsən yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Babək Qasımov idarə etdiyi avtomobillə Gəncə istiqamətdə hərəkətdə olarkən yolu keçmək istəyən 50-55 yaşlı kişini vurub. Yaşlı kişi sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Piyadanın kimliyi dəqiqləşdirilir. Hadisəni törədən sürücü polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






244 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR