İlin sonunadək Bakı dairəvi dəmir yolu açılacaq - AÇIQLAMA - VİDEO

11.10.2019 18:44

"Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq".

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bu yolda sürət həddi də qaldırılacaq. Bu məqsədlə dairəvi xəttin avtomobil yolu ilə kəsişən yerlərində 14 tunel inşa edilib.

Cavid Qurbanov Qəbələyə çəkilən dəmiryolu xəttindən də danışıb.

Sədr qeyd edib ki, əsas hədəflərdən biri də sürət qatarlarının sayını artırmaqdır. Bu ilin sonuna qədər daha 2 "Ştadler" sürət elektrik qatarı alınacaq. Bundan başqa, Şahdağa da dəmiryolu xətti çəkiləcək.

Yükdaşımalardan danışan Cavid Qurbanov bildirib ki, əsas məqsəd ölkəmizi transit qovşağa çevirməkdir.

Cavid Qurbanov deyib ki, son dövrlər Azərbaycanın dəmir yolları ilə yükdaşımalar sürətlə artıb. Təkcə bu ilin ilk 9 ayında Azərbaycanın dəmir yolları ilə Rusiyaya məxsus 700 min ton yük daşınıb. Son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






574 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR