Xəzər Xəbər

Şəkidə "Dərə hamamı" baxımsızlıq ucbatından yararsız hala düşüb. VİDEO

Veb TV | 19:47 • 30 Sentyabr 2019
Şəkidə "Dərə hamamı" baxımsızlıq ucbatından yararsız hala düşüb.

Şəkidə 19-cu əsrə aid Dərə Hamamı baxımsızlıq ucbatından yararsız hala düşüb.

Bu tarixi abidə Şəkinin Gəncəlilər məhəlləsi adlanan ərazisində yerləşir. Qədim tağ və yumru qüllələrlə tikilmiş bu hamam uzun illər insanların istifadəsində olub. Lakin son vaxtlar istifadə edilmədiyindən hamam dağılıb və pəncərələri sındırılıb.

Dərə Hamamı Yuxarı Baş Tarix Memarlıq Qoruğunun ərazisindədir. Bir neçə gün əvvəl müəssisəyə direktor təyin olunmuş Yusif Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, bu barədə məlumatlıdir və tezliklə həmin hamamın bərpa olunması üçün zəruri tədbirlərə başlanacaq.

Xəbər lenti