Həftənin ilk günü hava necə olacaq? - VİDEO

22.09.2019 19:33

Bu gün günün ikinci yarısından isə güclü külək kəssə də sentyabr ayına məxsus olmayan soyuq hava müşahidə edilir. Sinoptiklər qarşıdakı günlərdə havanın temperaturunun yüksələcəyini proqnozlaşdırır.

Dünəndən başlayan güclü külək artıq bu gündən öz yerini mülayim şərq küləyinə verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə sabahdan hava şəraiti mülayimləşəcək.

Departamentin praqnozlar bürosunun direkrotu Gülşad Məmmədovanın sözlərinə görə, Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişməsi ilə temperatur aşağı düşmüşdü.

Qeyd edək ki, bu gün səhər saatlarına qədər küləyin sürəti saniyədə 38 metrə qədər yüksəlmişdi.

© xezerxeber.az


708 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR