1994-cü il sentyabrın 20-də imzalanmış ''Əsrin müqaviləsi'' Azərbaycan tarixində yeni səhifənin başlanğıcını qoydu. İlk dəfə olaraq Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərməyə başladı. Həmin tarixdən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanın dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanınmasına səbəb oldu.
Millət vəkilləri qeyd edirlər ki, "Əsrin müqaviləsi"nin imzalanması tarixi hadisədir və onun faydasını bu gün Azərbaycan dövləti və xalqı görür. Saziş ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir.
"Əsrin müqaviləsi"nin icrası nəticəsində neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafı və sosial məsələlərin həlli üçün şərait yaratdı.
Millət vəkili Elman Nəsirovun sözlərinə görə, neftdən əldə edilmiş gəlirlər ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Onun sözlərinə görə, şəhərlərin müasirləşdirilməsi və kəndlərin abadlaşdırılması, həmçinin müntəzəm şəkildə quruculuq və abadlıq işlərinin aparılmasının təməlində neft sənayesi dayanır.
Görünən odur ki, yürüdülən düzgün iqtisadi siyasət nəticəsində milli sərvətimiz olan neft uzun müddət dövlətmizin inkişafında önəmli rol oynayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.azBritaniyalı milyonçu lüks hotelin qarşısında öldürüldü - VİDEO
Azərbaycan dünyanın ən güclü ölkələrinin siyahısında 45-ci olub
Fransa Yunanıstandan olan qaçqınları qəbul etməyə razılıq verib
Noyabrda Dövlət Miqrasiya Xidmətinə müraciətlərin sayı açıqlanıb
Rusiyada gələn il daha çox ehtiyac duyulacaq peşələr açıqlanıb
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər