Bakıda “Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb - VİDEO

21.09.2019 19:38

Bakıda "Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.

Xezerxeber.az xəbər verir ki, budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Simpoziumda bu dəfə 8 ölkədən 11 heykəltəraş iştirak edir.

Hazırda Rusiya, Rumıniya, Belarus, Çin, İran, Latviya, Bolqarıstan və Azərbaycandan olan heykəltəraşlar "Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ərazisində aqlay daşından Nəsimi yaradıcılığına həsr etdiyi əsərlərini yaratmaqdadır.

Qeyd edək ki, sentyabrın 30-da Heydər Əliyev Fondunun təşkil etdiyi Nəsimi festivalı çərçivəsində həmin əsərlərin təqdimatı keçiriləcək. 

Xatırladaq ki, "Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu 2016-cı ildən keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






534 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR