Qadın ona hücum edən çaqqalı boğaraq öldürüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyanda baş verib.
Rayonun 20 Yanvar küçəsində yaşayan 67 yaşlı Gülzar Məmmədova öz həyətində çaqqalın hücumuna məruz qalıb. Rayon sakininin sözlərinə görə, həyətdə iş görən zaman toyuq hinindən səs eşidib və oraya daxil olarkən ev quşlarına hücum edən çaqqalı görüb. Yırtıcı heyvan Gülzar Məmmədovaya hücum edərək ona əlindən xəsarət yetirib.
Gülzar Məmmədova çaqqalı boğaraq öldürüb və ardınca Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ona quduzluq əleyhinə vaksin vurulub və o, ambulator müalicəyə buraxılıb. Gülzar Məmmədova bildirir ki, bu hadisə çaqqalların təsərrüfatlara ilk hücumu deyil.
Əvvəllər də vəhşi heyvanlar həyətlərə girərək xeyli toyuğu parçalayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Britaniyalı milyonçu lüks hotelin qarşısında öldürüldü - VİDEO
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib
Gürcüstan avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb
Azərbaycan dünyanın ən güclü ölkələrinin siyahısında 45-ci olub
Fransa Yunanıstandan olan qaçqınları qəbul etməyə razılıq verib
Noyabrda Dövlət Miqrasiya Xidmətinə müraciətlərin sayı açıqlanıb
Rusiyada gələn il daha çox ehtiyac duyulacaq peşələr açıqlanıb
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər