Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında videoçarx hazırlayıb- VİDEO

21.09.2019 10:16

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Milli Musiqi Günü ilə əlaqədar mlli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində video çarx hazırlayıb. 

Xezerxeber.az xəbər verir ki, videoçarxda Üzeyir bəyin keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur: "Üzeyir Hacıbəyli Qori müəllimlər seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərilir. Orda bir il müəllim kimi işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Üzeyir bəyə xələl yetirilməsin deyə, gecəylə onu Yevlaxa yola salırlar. Ordan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burda da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur”.
Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən videoçarx da həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir bəyin evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən güllə-boran edildiyi də qeyd olunub.
"Sovet dövründə də erməni millətçiləri Üzeyir bəyin həyatına təhlükə yaratmaqda davam edirlər. 1947-ci ildə Üzeyir bəyin səhhəti daha da ağırlaşır. Üzeyir bəyi Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır”,-deyə video çarxda bildirilir.


© xezerxeber.az

FOTOQALERIYA






146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR