Kredit borcuna görə bütün ailəsini qətlə yetirdi - VİDEO

21.09.2019 10:17

Türkiyənin İstanbul şəhərində ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı dördnəfər öldürülüb.

Hadisə Arnavutköy rayonunda baş verib. Belə ki, 24 yaşlı Veysəl Aydın kredit borcu məsələsinə görə ailəsi ilə mübahisə edib.

Nəticədə o, 45 yaşlı ögey atası Qədir Açıqalını, 42 yaşlı anası Kader Aydını, 26 yaşlı qardaşı Sərkan Aydını odlu silahdan atəş açaraq öldürüb. Daha sonra 13 yaşlı bacısı Nazlıcan Aydını bıçaqla yaralayıb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polis qətli törədən Veysəl Aydını İzmit şəhərində saxlayıb, barəsində cinayət işi açılıb.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR