Vladivostokda ən böyük ticarət mərkəzlərindən biri yanıb - VİDEO

21.09.2019 09:42

Rusiyanın Vladivostok şəhərində 100 illik yubiley prospektində yerləşən ən böyük ticarət mərkəzlərindən birində - "Maksim”də güclü yanğın olub.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın ticarət mərkəzinin dördüncü mərtəbəsindəki "Yay” kafesində baş verib.

Yanğından mühafizə briqadaları altı dəqiqədən sonra hadisə yerinə gəlib. Yanğın min kvadrat metr sahəni əhatə edib.

İlkin məlumatlara görə, ikinci dərəcəli çağırışla qeydə alınan yanğın zamanı tələfatın olmadığı bildirilib.

© xezerxeber.az

FOTOQALERIYA






151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR