Əsrin müqaviləsi" Azərbaycanın uğurlu enerji siyasətinin əsasını qoyub - VİDEO

17.09.2019 18:59

1994 cü ildə böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin gərgin zəhməti nəticəsində imzalananan əsrin müqaviləsi Azərbaycana böyük iqtisadi güc gətirməklə yanaşı ölkəmizin dünyada tanınmasında böyük rol oynayıb. Müqavilənin bağlanmasında 25 ici ildönümü ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində beynəlxalq korpusun nümayəndəlri, övlət rəsmiləri və ekspertlərin iştirakı ilə seminar keçirilib.

Tədbirdə çıxış edən Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin dövrdə belə bir layihənin ölkəmizdə icra edilməsinin çox çətin olduğunu amma aparılan danışıqlarla bu tarixi nailiyyətə imza atıldığını bildirib.

Seminarda çıxış edən Energetika nazirinin müavini Elnur Soltanov "əsrin müqaviləsi"nin həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib və yataqların işlənilməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulduğunu bildirib. Eyni zamanda vurğulanıb ki, neftdən əldə edilən gəlirlərinin doğru istifadəsi sayəsində ölkəmizdə daimi inkişaf təmin edilib.

Eyni zamanda seminarda vurğulanıb ki, məhz bu müqavilənin maneəsiz icrasından sonra çoxlu Amerika və Avropa şirkətləri energetika sahəsi başda olmaqla digər sahələrə böyük miqdarda sərmayə qoyub.

" frameborder="0" allowfullscreen>

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR