Sakinlər Birinci Vitse-Prezidentlə görüşlərindən danışdılar - VİDEO

16.09.2019 19:09

Birinci Vitse-Prezident Mehriban Əliyevanın Şamaxı və Ismayıllı da sakinlərlə görüşməsi və onların qayğıları ilə maraqlanması bir daha Azərbaycan dövlətinin daim vətəndaşlarının yanında olmasını göstərir. Bu sözləri zəlzələdən sonra yeni evlərlə təmin olunan sakinlər deyiblər. Birinci Vitse-Prezidentlə görüşən vətəndaşlar təssüratlarını xəzər xəbərlə bölüşüblər.

Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxış keçirməsi,ev sahibləri ilə görüşməsi sakinlərdə xoş təsürat yaradıb.

Birinci Vitse-Prezident Mehriban Əliyeva İsmayıllı rayonunda Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evədə də olub. Mehriban Əliyeva ailə üzvləri ilə görüşüb onlarla söhbətlər aparıb.

Sakinlər bildirib ki, zəlzələdən sonra qısa müddətdə yeni evin tikintisi dövlətin onlara yüksək qayğısının göstəricisidir. Birinci Vitse Prezident Mehriban Əliyevanın şəxsən özünün gəlib onlarla görüşməsi, onlara ikiqat sevinc bəxş edib.

" frameborder="0" allowfullscreen>

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR