Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda 108 saylı avtobusların oturacaqları çıxarılıb - VİDEO

11.09.2019 18:59

Metronun "Azadlıq" stansiyasından Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətinə hərəkət edən 108 b saylı marşrut avtobuslarının bəzilərinin salonlarındakı oturacaqlar çıxarılıb. Odur ki, sərnişinlər məcburən mənzil başına ayaq üstə getməli olurlar.

Avtobusda olan sərnişinlərdən biri oturacaqların vəziyyəti ilə bağlı foto çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.Fotodan aydın görünür ki, avtobusun salonunda olan oturacaqların bir qismi çıxarılıb. Elə buna görə də sərnişinlər ayaq üstə getməli olurlar.

Xezerxeber.az-ın məlumatına görə, avtobusun salonunda çəkiliş edən zaman isə bundan daha da pis vəziyyətlə qarşılaşdıq.Bəzi avtobusların salonlarında oturacaqlar qoyulmağına baxmayaraq dayaqlarına bərkidilməyib. Bu isə sərnişinlər üçün çətinlik yaradır. Sərninşinlərin sözlərinə görə, problem tək bununla yekunlaşmır.

108 b saylı marşrut xəttinin dispetçeri Xəqani Mirzəyev deyib ki, xətdə olan 15 avtobusun hamısının oturacaqları yenilənəcək. Avtobusların sayı az olduğundan biri xətdən kənarlaşdırılıb oturacaqlarını yeniləyən zaman, digər avtobuslar arasında olan interval pozulur. Bu da gecikmələrə səbəb olur. Nəticədə isə sərnişinlər öz narazılıqlarını bildirirlər.

Xəqani Mirzəyev onu da bildirib ki, yaxın vaxtlarda avtobusların da yenilənməsi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






293 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 12:38

Putin Braziliyaya getdi

ÇOX OXUNANLAR