Millinin Gürcüstana 0:3 hesablı məğlubiyyəti - VİDEO

11.09.2019 11:27

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avro-2021-in seçmə mərhələsində üçüncü oyununa çıxıb.

Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstanla üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan yığması qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci oyunda isə Slovakiyanı məğlub edib - 2:1.

Azərbaycan U-21 - Gürcüstan U-21 - 0:3

Qollar: Vato Arveladze, 45+3, İrakli Buqridze, 73, Georgi Arabidze, 84

Qırmızı vərəqə: Hacıağa Hacılı, 49 (Azərbaycan)


© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR