​“Azəriqaz” Ağcabədidə qeyri-qanuni birləşmə aşkarlayıb - VİDEO

04.09.2019 19:09

Qonuşu obyektə gedən qaz borusundan oğurluq edənlər aşkarlanıb.Hadisə Ağcəbədidə baş verib. "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin əməkdaşları Ağcəbədi xidmət sahəsində şadlıq evlərindən birinin başqa bir obyektin qaz xəttinə qeyri-qanuni qoşulmasını aşkarlayıb. Məlum olub ki,həmin obyekt kənarda zibillik ərazisində xəttin altındakı dayağın içərisi ilə boru yeridərək qanunsuz birləşmə aparıb.

"Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Ceyhun Səfərov deyir ki, mavi yanacağın oğurlanması qoşulmadan sonra rezin boru ilə həyata keçirilib.

Çəkiliş zamanı həmin obyektlərə üz tutduq. Ancaq heç kim olmadığından münasibət öyrənmək mümkün olmadı. Bu arada Azəriqaz istehsalat birliyinin şöbə rəisi Ceyhun Səfərov onu da qeyd etdi ki, payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar qaz xətlərindəsazlama işləri aparılması davam edir. Burada əsas məqsəd əlavə sızmaların və yaxud kənar qoşulmaların müəyyən edilməsidir.

© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR