Bakıdakı bütün obyektlərin qarşısında yaşıllıq zolaqları salınacaq - VİDEO

04.09.2019 19:31

Bakıdakı bütün obyektlərin qarşısında yaşıllıq zolaqları salınacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı yeni yaşıl guşələrin yaradılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqları günün tələbləri səviyyəsinə çatdırılması, yeni yaşıl guşələrin yaradılması və saxlanılması tövsiyyə edilir.

Bu praktika dünyanın bir çox ölkələrində mövcuddur. Yeni tikilən binaların ətrafında yaşıllıq zolaqlarının salınması isə tələb kimi qoyulacaq.

İcra Hakimiyyətindən bildirilib ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilən ərazilərə şamil edilmir.

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR