ABŞ tikan üstündə gözləyir: son vəziyyəti açıqlandı - VİDEO

04.09.2019 14:25

ABŞ-ı cənginə alan "Dorian” qasırğasının təhlükə səviyyəsi 5-dən 2-yə düşüb.

Bu barədə ABŞ Milli Aviasiya və Kosmos İdarəsi məlumat yayıb.

Baham adalarını tərk edən qasırğa ABŞ-ın okean sahilləri boyunca irəliləyir. NASA da bu irəliləyişin görüntülərini canlı şəkildə peyk vasitəsilə paylaşır. Görüntülərdə qasırğanın genişləməsi diqqət çəkib.

Qeyd edək ki, 2-ci kateqoriyaya aid qasırğalar saatda ən az 154 km külək sürəti olan tropic siklonlardır.

Ciddi təşvişdə olan ABŞ qasırğaya qarşı tədbirlər görməyə başlayıb./publika.az

© xezerxeber.az


195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR