Həmişə yaşar Yaşar Nuri - VİDEO

03.09.2019 20:38

Bugün Azərbaycanın xalq artisti Yaşar Nurinin anadan olmasının 68-ci ildönümüdür. Yaşar Nuri Azərbaycanın teatr və kino tarixinə adını qızıl hərflərlə yazmağı bacarıb. 7 ilə yaxındır ki, vəfat edən dahi sənətkar xalqımızın qəlbində yaşayır və yaşayacaq. Gəlin, yaratdığı obrazlarla sənətin zirvəsinə yüksəlməyi bacaran aktyorun həyat və yaradıcılığına birgə nəzər salaq.

Oynadığı rollarla hamını güldürürdü. Yaratdığı obrazlarla böyükdən kiçiyə hər kəsin sevgisini qazanmağı bacarmışdı.

Azərbaycanın xalq artisti, incəsənət tariximizin ən görkəmli nümayəndələrindən biri Yaşar Nurini anadan olmasının 68-ci ildönümüdür.

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlip. Səhnəyə ilk dəfə 10 yaşında çıxıb. Azərbaycan Dövlət Musiqili Komediya teatrında "Toy kimindir" tamaşasında Tapdıq rolun oynayıb.

1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1974-cü il dekabrın 1- dən isə Yaşar Nurinin böyük səhnə həyatı başlayıb. O, Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu obrazlar var. 50-a yaxın bədii filmə çəkilib. Yaşar Nurinin əsasən baş rolları ifa etdiyi teletamaşalar Azərbaycan Dövlət Televiziyasının fondunda daimi sənət nümunələri kimi qorunur.

Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuri deyir ki, o bütün ömrünü sənətə həsr edib. Məhz buna görə də hər kəsin sevgisini qazanmağı bacarıb.

Mərhum sənətkarın qızı Ülkər Yaşarqızı atasının tamaşa və filmlərinə baxanda həm kədərləndiyini, həm də fərəhləndiyini deyir. Onun sözlərinə görə Yaşar Nuri Azərbaycan kino sənətində yeni bir məktəbin əsasını qoyub.

Azərbaycan tamaşaçısı Yaşar Nuridən hər zaman böyük əsərlər gözləyib. Amma tutulduğu xəsətəlik buna imkan vermədi. Dahi sənətkar uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də vəfat edib.

© xezerxeber.az

FOTOQALERIYA






229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR