Azərbaycanda meşə sənayesi inkişafı təmin ediləcək. Bu, taxta materialın ölkəmizdəki meşə sahələrindən alınması ilə mümkün olacaq. Bunun üçün isə qısa zamanda inkişaf edən ağacların əkiləcəyi yeni meşə sahələrinin salınması təmin ediləcək.
Ekologiyə və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşovun sözlərinə görə, sahibkarlar naziliyə müraciət edəcək meşə fondunun boş sahələrini də sənayə əhəmiyyətli ağacların salınması üçün icarəyə götürə bilərlər.
Bu tip meşələrdən xammalın əldə edilməsi isə 3-10 il ərzində mümkün olacaq. Ölkəmizdəki meşələr əsasən gec yetişən ağaclarla əhətə olunduğundan onların geniş sənayə məqsədləri üçün istifadəsi mümkün olmur və Azərbaycana taxtanın xammalı idxal edilir.
Qeyd olunur ki, bu sahənin inkişafı təmin edilərsə, nəinki böyük həcmdə vəsait ölkəmizdə qalar, hətta ağac materialların ixracı ilə yüksək gəlir də əldə etmək olar.
© xezerxeber.azMəişət texnikası və mobil telefon alarkən diqqətli olun - VİDEO
Türkiyəli iş adamları Qarabağa böyük maraq göstərirlər - VİDEO
“Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
Aİ-dən koronavirusa qarşı vaksin istehsal edən şirkətlərə çağırış
Peyvənd olunmayan şəxs səyahət zamanı məhdudiyyətlə üzləşə bilər
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB