Mikroavtobusların təkərlərini partlatdılar - VİDEO

03.09.2019 19:19

Biləsuvar rayon avtovağzalına məxsus mikroavtobusların təkərləri deşilib.

Vağzalın direktoru Mirnahid Həsənli deyib ki, hadisə Avtovağzal tərəfindən süni qiymət artımına və qanunsuz sərnişindaşımaya qarşı mübarizə tədbirlərinin başlamasından sonra baş verib. İddiaya görə, özbaşına sərnişin daşıyan və istədiyi qiyməti tətbiq edən sürücülər bu yola əl atıblar. Qiymət artımının qarşısını almaq məqsədilə xəttə buraxılan yeni mikroavtobusların təkərləri qəsdən yararsız hala salınıb.

Avtovağzalın sürücülərinin sözlərinə görə isə, bir neçə şəxs Bakıda və Biləsuvarda qanuni fəaliyyət göstərən sürücüləri təhdid edir, onların işlərinə müxtəlif üsullarla maneələr yaradırlar. Xüsusən də bayram günlərində sərnişin sıxlığını fürsət bilən işbazlar qiymətləri süni şəkildə qaldırırlar. Sərnişinləri narahat edən bu qanunsuz fəaliyyətin qarşısını almaqdan ötrü Biləsuvar avtovağzalında xəttə yeni marşrutlar buraxılıb. Rayondan paytaxta üz tutan sərnişinlərə Tarif Şurası tərəfindən məbləği təsdiqlənmiş 4 manat 40 qəpiklik biletlər təklif edilib.

Hazırda avtovağzalın işi bərpa olunub. Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR