Yardımlıda 5 min illik tarixi olan kurqanlar tapıldı - VİDEO

03.09.2019 19:34

Kurqanlar türk xalqlarının dəfn mədəniyyətində xüsusi yer tutur. Ucsuz-bucaqsız çöllərdə salınan kurqanların əksəriyyətinin hələ də sirri açılmayıb. Elə bu məqsədlə də azərbaycanlı arxeoloqlar da bir neçə ildir tədqiqatlar aparırlar. Belə tədqiqatlardan bir neçəsi Yardımlı rayonunda aparılıb. Artıq ərazidə 5-dən artıq kurqan tədqiq olunub. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar erkən tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir.

 

Aparılan arxeoloji qazıntılar öz bəhrəsini verdi. Yardımlıda qazıntılar nəticəsində Kür-Araz mədəniyyətinə aid 5000 illik tarixi olan kurqanlar aşkarlandı.

Yardımlı rayonunun Kürəkçi kəndi ərazisindəki kurqanlarda Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqatlar aparıblar. İnstitutun aparıcı elmi işçisi Anar Ağalarzadənin rəhbərlik etdiyi ekspedisiya qrupunun apardığı tədqiqatlar zamanı ərazidə 5-dən artıq kurqan tədqiq olunub. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar Erkən Tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir.

Arxeoloji ekspedisiyanın rəhbəri Anar Ağalarzadənin sözlərinə görə, Kür-Araz mədəniyyətinə aid 5 min illik tarixi olan kurqandakı insan üzü cənub-qərb istiqamətinə az yarımbükülü vəziyyətdə dəfn edilib. Ümumiyyətlə araşdırılan fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. O cümlədən, dəfn edilən insanın ətrafına qoyulmuş əşyalar da müxtəlifdir. Yeni kurqanın qazıntısı zamanı sümükdən hazırlanan iy başlığı da tapılıb.

Yardımlının dağlıq ərazilərindən sonra Aran hissəsində də tədqiqata başlanılacaq.

Qeyd edək ki, son kurqandan aşkar edilmiş insan skeletinin bundan sonra antropoloji tədqiqatı aparılacaq. Antropoloqlar tərəfindən kurqanda dəfn edilənin cinsiyyəti və bölgədə yaşamış qədim insanların antropoloji tipi müəyyən ediləcək.

 

© xezerxeber.az

FOTOQALERIYA






250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR