Poçta basqın edən 3 nəfər tutuldu - VİDEO

03.09.2019 18:36

Bakıda maskalanaraq kəsici alətlərlə poçta basqın edən dəstə saxlanılıb. Həmin şəxslər poçta nahar vaxtı girib, orada çalışan işçini hədələyiblər. Oğrular pul tələb etsələr də, istəklərinə nail olmadan hadisə yerindən qaçıblar.

Maska, əlcək, spirt və kəsici alətlərlə poçta basqın edən dəstə üzvləri ifşa edilib.

Hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. Sözügedən qəsəbədə poçtda işləyən Eyyub İsgəndərov polisə məlumat verib ki, üç nəfər naməlum şəxs onun işlədiyi yerə gələrək bıçaq və digər kəsici alətlə ondan pul tələb ediblər. Amma yaranan səs-küydən

sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

BinəqədiRayon Polis İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ramazan Layıcov, Həmid Babayev və Teymur Hacıbəyov saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, saxlanılarkən onlardan cinayətdə istifadə etdikləri əlcəklər, maskalar, spirt və kəsici alətlər aşkar edilərk götürülüb. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR