Bakıda DƏHŞƏT: ər arvadına 6, baldızına 9 bıçaq zərbəsi vurdu - VİDEO

03.09.2019 18:26

Bakıda kişi keçmiş həyat yoldaşına 6, baldızına isə 9 bıçaq zərbəsi vurub.

Ağır cinayət gecə saatlarında paytaxtın Binəqədi rayonu, döngə 4 ünvanında baş verib. 38 yaşlı Samir Quliyev həyat yoldaşı 30 yaşlı Kürdəmir sakini Rühəngiz Mahmudova ilə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib. Samir Quliyev həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Onları ayırmaq istəyən Rühəngizin bacısı Roza Mahmudova da çoxsayı bıçaq zərbələrinə məruz qalıb.

Hadisəni törədən Samir Quliyev ərazidən qaçıb. Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Səhiyyə Nazirliyi onların sağlamlıq vəziyyətini açıqlayıb.

Məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımi tibbi yardım göstərilib.

Qonşuların sözlərinə görə, cinayəti törədən Samir Quliyev həyat yoldaşından bir müddət əvvəl ayrılıb. O, usta olduğundan keçmiş baldızı Roza Mahmudova evlərində işləmək üçün Samir Quliyevi dəvət edib. Kişi həyat yoldaşının ara-sıra harasa getdiyindən şübhələnib və onunla mübahis edib. Buna görə də hadisənin qısqanclıq zəmnində baş verdiyi ehtimal edilir. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanıb, polis həmin şəxsin tutulması istiqamətində əməliyyat keçirir.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR