Azərbaycan alimlərindən zəfəranla bağlı kəşf - VİDEO

03.09.2019 19:12

Qızıl qədər dəyərli olan zəfəran bitkisinin bu il ilk dəfə olaraq ölkəmizdə yeni metodla çoxaldılmasına başlanılıb. Bundan əlavə həmçinin bitki ilk dəfə olaraq istixana şəraitində əkilib.

Öncə xüsusi saxlama yerlərinə qoyulur, daha sonra isə yoxlmadan keçirilir.

Bundan sonra yeni toxumların alınması işinə start verilir. Ölkəmizdə ilk dəfə olaraq zəfəranın yeni texnologiya ilə çoxaldılması işləri aparılır.

Tərəvəzçilik və meyvəçilik insistutu tərəfindən həyata keçirilən layihə özündə bir çox yenilikləri kəsb edir.

Bu il həmçinin ölkəmizdə ilk dəfə olaraq zəfəran istixana şəraitində əkilməyə başlanılıb.

Qeyd edək ki, bu təccrübə xarici ölkələrə əsaslanaraq aparılır və sınaq müddətindədir. Əgər istənilən nəticə əldə olunsa gələcəkdə geniş istifadə oluncaq. Bu il sınaq olduğu üçün 1 hektar açıq, yarım hektar isə istixana şəraitində zəfəran əkilib.

© xezerxeber.az


293 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR