Bakıda mağazada əcnəbi vətəndaş satıcını belə aldatdı - VİDEO

03.09.2019 11:11

Bakının Bakıxanov qəsəbəsində yerləşən mağazada dələduzluq hadisəsi olub.

Bu barədə dələduzluğa məruz qalan satıcı BAKU.WS-in "qaynar xətti”nə məlumat verib.

Onun sözlərinə görə, "Ramalli” ətir mağazasına bir nəfər əcnəbi girib. O, satıcıya 50 manat verib, mal almaq istəyir.

Satıcı ona pulun qalığını -30 manat qaytarıb. Müştəri sonradan malı geri qaytarıb, daha sonra yenidən malı almaq istədiyini bildirib. Əcnəbi satıcıdan malı geri alıb, üstəlik 30 manatı da, lakin 50 manatı verməyib.

Həmin hadisənin görüntülərini təqdim edirik:


© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR