“Qarabağ” “Qəbələ”ni böyük hesabla məğlub edib - VİDEO

26.08.2019 09:16

Avqustun 25-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, son çempion "Qarabağ” doğma azarkeşlər önündə "Qəbələ”ni qəbul edib.

"Azersun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 61-cı dəqiqəsində Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Matçın 63-cü dəqiqəsində isə Maqaye Qeye fərqi iki topa çatdırıb. Oyunun 79-cu dəqiqəsində Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.

Bu nəticədən sonra "Qarabağ” 6-cı xalını qazanıb. "Qəbələ”nin isə xalı yoxdur.

Qeyd edək ki, turun digər oyunlarında "Keşlə” səfərdə "Sabah”ı (1:0), "Səbail” isə səfərdə "Sumqayıt”ı məğlub edib (3:0). İkinci tur avqustun 26-da keçiriləcək "Zirə” – "Neftçi” oyunu ilə yekun vurulacaq.


© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR