Plastik əməliyyat etdirən kişilərin sayı artır - VİDEO

25.08.2019 19:29

Son zamanalar kişilər arasında estetik-plastik əməliyyatlara meyl edənlərin sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, bəziləri bunu görünüş, bir qismi isə sadəcə sağlamlıq üçün etdiyini deyir.

Elə sorğu zamanı qarşımıza çıxan bu gənc kimi... Plastik əməliyyatlara normal baxan gəncin özü də biçaq altına yatıb və hazırki vəziyyətindən çox razıdır.

Həkimlər də son vaxtlar bu əməliyyata müraciət edənlər arasında qadınlarla kişilərin faiz nisbətinin demək olar ki, eyni olduğunu bildirirlər.

Həkimlər bildirir ki, insanlar gözəllik naminə hər cür əməliyyatlara giririlər. Amma ehtiyatlı olmaq lazımdır. Çünki hər hansı estetik əməliyyat düzgün edilmədiyi təqdirdə sizə gözəllik yerinə sağalmaz problemlər yarada bilər.

Ümumiyyətlə, düzgün diaqnoz qoyulmdan edilən hər bir əməliyyatın sonu fəsadla bitə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR