Yaşıl tütünün tədarük qiyməti artırılıb - VİDEO

22.08.2019 18:09

2019-cu ilin istehsal mövsümündə keyfiyyətli tütün tədarükünün stimullaşdırılması və tütün əkinlərinə marağın artırılması məqsədilə "Azərtütün ASK" MMC tərəfindən cari ildə yaşıl tütünün tədarük qiymətləriartırılıb. Şəki və Zaqatalada tütün əkənlər bunu müsbət hal kimi qiymətləndiriblər. Onlar bildiriblər ki, bu cür təşviqedici addımlar onları daha çox sahədədə tütün əkməyə sövq edir.

Ölkəmizin şimal-qərb bölgəsindəZaqatala rayonundabu iləsasən məhsuldarlığı ilə seçilən ətirli virciniya növ tütünə üstünlük verilib.

Dövlət tərəfindən subsidiyaların ayrılması , kreditlərin verilməsi, fermerləri bu işə cəlb edir. Tütünçülük işini hər il davam etdirən fermerler sahələrdə göstərilən düzgün aqrotexniki qulluğun öz bəhrəsini verdiyini deyirlər. Onlartgələcək illərdə sahələrini genişləndirmək niyyətindədirlər.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azərtütün ASK" MMC 2019-cu il mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 hektar sahədə "Virciniya" növündən olan yaşıl tütünün istehsalı və tədarükü üzrə 229 fermerlə müqavilə bağlayıb.

2019-cu ilin istehsal mövsümündə keyfiyyətli tütün tədarükünün stimullaşdırılması və tütün əkinlərinə marağın artırılması məqsədilə "Azərtütün ASK" MMC tərəfindən cari ildə yaşıl tütünün tədarük qiymətləri müvafiq olaraq artirilib.

Tədərük qiymətinin artımı şəkili fermerlərin də ürəyincə olub.Tütün əkənlər deyir ki,qiymət artımına görə sevinsələr də bu il hava şəraiti ilə əlaqədar olaraq məhsuldarlıq aşağıdır.

Şəkidə tütün əkənlər gələn il daha məhsuldar sortların becərilməsinə üstünlük verəcəklər.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR