Yaxın günlərdə HAVA NECƏ OLACAQ? - VİDEO

22.08.2019 18:21

Havanın temperatırı 42 dərəcəyə qədər qalxacaq. İsti hava hələ bir necə gün davam edəcək.

Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə isti hava şəraiti istər bölgələr,istərsə də paytaxtda hələ bir müddət davam edəcək.

İndi hamını bir sual maraqlandırır. Havalar nə vaxt sərinləyəcək? Baş hidroloq deyir ki, ayın 25-dən sonra isti hava şəraiti yerini küləklə əvəzləyəcək. Bu isə temperaturu aşağı salacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

© xezerxeber.az


450 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR