Rusiya kosmosa robot kosmonavt göndərdi - VİDEO

22.08.2019 13:01

Baykonur kosmodromundan"Soyuz MS-14" gəmisi ilə "Soyuz-2.1a" daşıyıcı raketi uçuş edib. Raketin bortunda insanabənzər robot "Fedor" (FEDOR - Final Experimental Demonstration Object Research) olub.

Uçuş "Roskosmos" saytında birbaşa yayımlanıb.

İdarə olunan gəmi Beynəlxalq Kosmik Stansiyaya ekipajsızyola düşüb, bortda yalnız robot və yük olub. "Fedor" burada iki həftə qalacaq və Rusiya kosmonavtı Aleksandr Skvortsovun idarəsi altında bir neçə tapşırığı yerinə yetirəcək. Robot sentyabrın əvvəllərində planetimizə qayıdacaq.

Start zamanı əlində Rusiya bayrağı tutan robot "Fedor" Yuri Qaqarinin məşhur sözünü deyib:

"Getdik!"

Səkkiz dəqiqə 49 saniyə sonra gəmi orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya tərəf yollanıb. Bu andan robot "Fedor" Yer planetinin səthindən yüz kilometrlik şərti həddi keçdiyi üçün kosmonavt hesab edilə bilər.

"Fedor" Rusiya Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə "Android texnikası" və Perspektiv TədqiqatlarFondu tərəfindən yaradılıb. Robotun yaradılmasına 300 milyon rubl (7,7 milyon manat - red.) xərclənib. Bu yaxınlarda onunadıdəyişərək"Skybot F-850" olub.


© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR