Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilir - VİDEO

19.08.2019 20:54

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

Xezerxeber.az-ın məlumatına görə, əsas məqsəd kiçik və orda biznes subyektlərinin rəqabət qabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Tenderdə qalib olmuş şirkət müraciət üzrə araşdırmalar aparacaq və sonda formalaşmış layihə hazır olacaq. Nəticələrdən asılı olaraq ya layihə maliyyələşməyə gedəcək, yaxud da daha geniş texniki-iqtisadi əsaslandırılmaya keçid edəcək. Bazar araşdırmasının həyata keçirilməsi üçün tələb edilən xərclərin böyük hissəsi dövlət tərəfindən ödəniləcək.

Bazar araşdırmasının sonunda formalaşan layihənin maliyyələşməsi, həyata keçirilməsi üçün dəstək tədbirləri göstəriləcək.

Qeyd edək ki "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsinə dair Qaydalar" bu ilin may ayında dövlət başçısının fərmanı ilə təsdiqlənib. Həyata keçirilən bu addımlar da məhz həmin fərmanın icrasından irəl gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR