Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - VİDEO

19.08.2019 19:49

Təmir-tikinti işləri ilə əlaqədar sabah paytaxtın iki küçəsi bağlanacaq.

Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayon Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçəsində yol tikinti işləri ilə əlaqədar olaraq sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, tikinti işlərinin bir həftə müddətinə qədər davam etməsi planlaşdırılır. Sürücülərin alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bu arada, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-33-cü km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR